Bu da yeni nəsil “Moskviç” – bu dəfə kimin “kopyası”dır? - FOTOLAR
Sovet dövrünün “Moskviç”inin Almaniyanın müharibəyəqədərki “Opel” modellərinin bənzəri olduğu məlum idi. Doğrudur, sovet dövründə çox da yaxşı reputasiyası olmayan markanı bu günlərdə Rusiya yenidən bərpa etdi. Bu dəfə “Moskviç-3” adı ilə. Bəs yeni avtomobilin xüsusiyyətləri nədir?
Avtosfer.az xəbər verir ki, avtomobil “Renault Rusiya” şirkətinin tərk etdiyi zavodda yığılmağa başlayıb. Texniki tərəfdaşı KAMAZ olan “Moskva avtomobil zavodu” ilin sonunadək 600 avtomobil hazırlamaq istəyir ki, bunlardan 200-ü elektrik mühərrikli olacaq.
Əslində “Moskviç-3” Çinin JAC modelinin rebrendinq edilmiş formasıdır. Bütün detallar Çindən gətirilib Rusiyada yığılır. Ukrayna müharibəsi olmasaydı bu avtomobillər Çində istehsal edilərək Rusiyada JS4 adı ilə satılacaqdı.
Zavod istehsal gücünü gələn il 50 000, növbəti ildə isə 100 000 avtomobilə çıxarmaq istəyir. Avtomobillərin taksi kimi istifadəsi də plandadır.
Modellərə gəlincə, hələlik “Moskviç-3” və “Moskviç-3e” avtomobillərinin istehsalınəzərdə tutulub. “Moskviç-3” 1,6 litrlik sadə benzin mühərrik (106 a.g.) və 1,5 litrlik (136 a.g.) turbo benzin mühərriklə təchiz ediləcək. Sadə mühərrikdə altıpilləli mexaniki transmissiya, turbo mühərrikdə isə həm mexaniki, həm də avtomat ötürmə nəzərdə tutulub.
“Moskviç-3e” isə 69 at gücündə elektrik mühərriki ilə hərəkətə gətiriləcək. Halbuki Çİn modelində mühərrik 150 at gücündədir.
Gələn ay bazara çıxarılacaq avtomobillərin qiyməti və ixrac imkanları barədə məlumatlar gizli saxlanılır.
Vüqar




"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR

















