Yol hərəkəti qanunu hökumət portalına biabırçı formada yerləşdirilib - FOTO

Milli qanunvericilik bazası olan "e-qanun.az" saytında olan nöqsanlar oxucuların narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, “e-qanun” saytına yerləşdirilmiş “Yol hərəkəti haqqında” qanunundakı yol nişanları və nişanlanma xətləri rəngsiz formada yerləşdirilib. Nişanlar mövcud rəng qrafikləri ilə yerləşdirilmədiyi üçün qanunu öyrənən oxucular nişanların nədən bəhs etiyini, üzərində hansı rənglərin olduğunu görə bilmirlər. Hətta bəzi nişanların üzərində yalnız qara fon görünür. Belə olan halda isə sürücü hansı nişandan söhbət getdiyini bilmir. Oxucular ağ-qara formada gördükləri nişanları real həyatda görəndə çaş-baş qalırlar.
İnternet dövrünə inteqrasiya sürətlə davam etdiyi üçün insanlar öyrənəckləri məlumatları kağız üzərindən çox elektron formada oxumağa üstünlük verirlər. Ona görə də elektron formada yerləşdirilmiş hər bir məlumat oxucu üçün rahat olmalıdır.
Ümid edirik ki, qeyd ediyimiz məsələ tez bir zamanda öz həllini tapacaq.
Xatırladaq ki, “e-qanun.az” saytı 2004–2005-ci illərdə işlənib hazırlanmış və 2006-cı ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sərəncamına verilmişdir.
Nərminə Əli
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO












