Yolu kəsib sürücüləri 1 saat gözlətdi: bu mənzərəyə nə ad verək? - FOTO

Paytaxtın Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən “Azərbaycan-Avropa” məktəbinin qarşısında qaydaları kobud şəkildə pozan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri saytın qaynar xəttinə müraciət edib.
Belə ki, 99-AL-512 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü parkinqdə dayanmış maşınların önünü kəsib. Təxminən 1 saat ərzində digər sürücülər həmin şəxsi axtarıblar. Lakin əlaqə nömrəsi belə qoymayan sürücü bu məsuliyyətziliyi ilə həm inzibati qayda pozub, həm də insanları əziyyətə salıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücü cərimə oluna bilər. Lakin bu cür məsuliyyətsizlik həm də mənəvi bir məsələdir. Məktəbdən övladını götürən valideyinləri uşaqlarla birgə gözlətmək hansı əxlaqa sığır? Məgər bu düşünmək bu qədər çətindirmi? Bəlkə bu sürücü dünyada özündən başqa heç kimin olmadığını düşünür?
Fotonu təqdim edirik. Ümid edirik ki, bu ictimai qınaq sürücü üçün bir dərs olacaq.
Fərid
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











