Zəbt olunan səkilər – Piyadaları niyə fikirləşən yoxdur? - FOTO

Hazırda Bakı şəhərinin piyada infrastrukturunun ən mürəkkəb problemlərindən biri səkilərin zəbt edilməsidir.
Piyada infrastrukturunun inkişafı və əlçatanlığı sahəsində tədbir görülməsini təşkil etmək və görüləcək işi əlaqələndirmək Nəqliyyatı Əlaqələndirmə Şurasının vəzifələrindən biridir.
İzləyicilərimizdən Avtosfer.az saytına göndərilən fotolarda da aydın şəkildə görünür ki, Bakı şəhərinin Əbdüləziz Dəmirçizadə və Cəfər Xəndan küçələrində səkilər zəbt olunub.
Hətta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, səkilərin zəbt olunması ilə bağlı məsələlər onun səlahiyyətində deyil. Həmin problemlə bağlı Agentliyə üz tutan izləyicimiz bildirib ki, ona müvafiq rayon icra hakimiyyətinə müraciət etmək tövsiyə olunub.
Səkilərin istismarına nəzarət və onların standart qaydada təmir-tikinti işlərinə konkret kimin (bir, yoxsa bir neçə orqanın) baxdığı məlum deyil.
Ümumiyətlə piyada infrastrukturu sahibsiz görünür. Yeni yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurasının bu işin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.
Məhəbbət
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR












