Ad günündən qayıdan ailə qəzaya düşdü: – Ata və oğlu qan içində - VİDEO
Bakının Səbail rayonunda 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzası Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. Belə ki, Şahin Muradov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “qəfil dönmə” əməliyyatı edib. Bu zaman Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “VAZ 2107” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “VAZ 2107” markalı maşında olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə çırpılıb. “Hyundai” isə Dənizkənarı Bulvarının hasarına dəyərək dayanıb.
Qəza nəticəsində “VAZ”-da olan sürücü Ş.Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Z.Muradlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
“Hyundai” markalı avtomobilin sürücü Q.Məmmədov və onun anası (hələlik şəxsiyyəti bilinmir) yüngül bədən xəsarətləri alıb.
1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan Z.Muradlının vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə əlaqədar əraziyə Yol Patrul Xidməti və Səbail rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
























