Avtomobil əlil kişini piyada keçidində vurdu - VİDEO
Avtosfer TV
2 May 2019 17:54

Polis qəza ilə bağlı araşdırmalara başlayıb
Türkiyənin Karabük vilayətində piyada keçidindən keçmək istəyən əlil kişini avtomobil vurub.
Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Zonquldak küçəsində baş verib.
Əlil arabası ilə piyada keçidindən keçmək istəyən 46 yaşlı əlil Mustafa Koramanı, yüksək sürətlə hərəkətdə olan maşın vurub.
Qəzanın gücündən yerə yıxılan Koramanın köməyinə ilk olaraq ətrafdakı vətəndaşlar gəlib.
Digər insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə əməkdaşları gəlib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Onun vəziyyətinin yaxşı olduğu bildirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Namiq
Oxunub : 1894
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












