Avtoservisdə maşın belə yandı - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Zaqatalada avtomobil təmiri sexi yanıb.
Yanğın Zaqatala rayon Yuxarı Tala kənd ərazisində avtotəmir sexində baş verib.
Yanğın yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları cəlb olunub.
Yanğın zamanı sexin daxilində olan 1971-ci il təvəllüdlü Hüseynov Vaqif Qurban oğluna məxsus “VAZ 21011” markalı minik avtomobil tamamilə yanıb, eyni zamanda Əliyev Elşən Əhməd oğluna məxsus sexin 100k/m tavan hissəsi qismən yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
(qafqazinfo)
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO















