Avtoyuma məntəqəsindən qaçırılan maşın qəza törətdikdə məsuliyyət kimin üzərinə düşür? - VİDEO

Son vaxtlar avtoyuma məntəqələrindən avtomobillərin qaçırılması hallarına yenidən rast gəlinir. Bu vaxt bəzən qəzalar da qaçılmaz olur.
Bununla bağlı sosial şəbəkələrdə də paylaşım edilib. Vətəndaşlardan biri avtoyuma məntəqəsindən onun icazəsi olmadan nəqliyyat vasitəsinin kənar əraziyə aparıldığını iddia edib. O bildirib ki, avtomobilini yumaq üçün verdiyi şəxs nəqliyyat vasitəsini qaçırıb. Həmin şəxs onu da iddia edib ki, avtomobili Biləcəri ərazisində təkərləri və diski sökülmüş vəziyyətdə tapılıb.
Paytaxtın Nərimanov rayon ərazisində də bənzər hadisə baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon polis idarəsinin 16-cı və 18-ci polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən şəxs saxlanılıb. O, həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasovdur.
Bəzi sürücülər belə hallar baş verdiyinə görə avtoyuma məntəqələrinə etibar etmədiklərini bildirdilər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, avtoyuma məntəqəsində qaçırılan maşınla törədilən qəzaya görə avtomobilin sahibi heç bir məsuliyyət daşımır. Amma burada bəzi istisna hallar da var.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsinin qaçırılması faktına görə əməli törədən şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Nurlan Əliyev əlavə edib ki, avtoyuma məntəqəsindən qaçırılan və Biləcəri ərazisində tapılan avtomobillə bağlı araşdırmalar davam etdirilir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












