Azərbaycanda yol bərbad hala düşdü, avtobus sərnişinləri dəniz kənarı ilə daşıdı - VİDEO - YENİLƏNİB

Nabranda sözügedən Şimal kəndi istiqamətində yolun təxminən 3-4 kilometrlik hissəsi çınqıl örtüklüdür.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yolda intensiv nəqliyyat axını olmur:
“Çox az istifadə edilən yoldur. Hava şəraitinin düzəlməsini gözləyirik. Həmin ərazidə çınqıl örtüyünün bərpası aparılacaq”.
***
“Qeyd olunan yol sahəsi Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşir. Nabran qəsəbəsini kəndlə əlaqələndirən yeganə yol infrastrukturunun vəziyyəti qənaətbəxş deyil”.
Bu barəd Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, hava şəraiti səbəbindən bu yol sərnişindaşıma üçün daha da əlverişsiz vəziyyətə düşüb:
“Lakin sərnişin axını və yüksək tələbat nəzərə alınaraq rayon mərkəzindən Şimali kəndinə sərnişindaşıma fəaliyyəti dayandırılmayıb. Hazırda müntəzəm marşrut avtobusları yolun əlverişsiz 700 metrlik hissəsini mövcud yoldan kənar ərazi ilə hərəkət etmək məcburiyyətindədir. Yolun əlverişsiz hissəsi qət edildikdən sonra avtobuslar hərəkətini yenidən marşrut xətti üzrə davam etdirir”.
***
Xaçmazda avtomobil yolu bərbad hala düşdüyündən sərnişin avtobusları üçün keçilməz olub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, Nabran yaxınlığında, Şimali kəndinə aparan yol bərbad haldadır:
“Yol o qədər yararsız haldadır ki, sərnişin avtobusu da bura ilə hərəkət edə bilmir. Baxın, avtobus sürücüsü çarəsizlikdən sərnişinləri haradan aparır. Avtobus düz dənizin kənarı ilə hərəkət edir. Bu yola baxan, problemlə maraqlanan yoxdur”.
Həmin videogörüntüləri təqdim edirik:
oxu.az
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












