Azyaşlını nəzarətsiz buraxan sürücü onun həyatı üçün təhlükə yaratdı - VİDEO

Qaraçuxur qəsəbəsində qayda pozan sürücü görüntülənib. Görüntülər Avtosfer.az-ın redaksiyasına göndərilib. Belə ki, 77-BS-095 qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozub. Avtomobildə olan uşağı nəzarətsiz buraxan sürücü təhlükə yaradıb. Azyaşlı hərəkətdə olan maşının lyukundan çıxıb. Sürücü buna əhəmiyyət verməyərək yoluna davam edib.
Bu kimi hadisələrin faciə ilə nəticələndiyinin dəfələrlə şahidi olunub. Lakin bəzi sürücü və sərnişinlər nədənsə bu halların onlardan yan keçəcəyini düşünür. Unutmaq olmaz ki, ehtiyasızlıq ucbatından baş verən qəzalarda həyatını itirən və hətta ömürlük şikəst qalan insanlar var.
Qeyd edək ki, bu qayda pozuntusuna görə sürücü 40 manat cərimə oluna bilər.
Sözügedən hadisənin videogörüntülərini təqdim edirik:
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












