Bakı-Qazax yolunda "Megan" sürücüləri "dumana" bürüdü - VİDEO

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, Bakı-Qazax yolunun bir hissəsində yolun hər iki tərəfində sürücülər duman olduğunu düşünərək sürəti azaldıb və qəza işıqlarını yandırıb.
Görüntülərdə göz-gözü görməyəcək qədər duman olduğu əks olunur. Lakin az sonra bunun səbəbi aydınlaşır. Belə ki, 99-ZY-691 dövlət nömrə nişanlı, "Renault Megan" markalı avtomobildən bu "dumanın" çıxdığı əks olunub. Mühərrik o dərəcədə problemlidir ki, tüstü böyük həddə duman effekti yaradıb. Sürücü isə heç nə olmamış kimi yoluna davam edir.
Əslində bu hal ciddi təhlükə yaradır. Çünki hər an qəza baş verməsi mümkündür. Videonu təqdim edirik. Ümid edirik ki, müvafiq qurumlar sürücünü cərimə etməklə yanaşı onunla profilaktik söhbət də aparacaq.
Leyla
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












