Bakıda ağır qəzanı seyr etməyə gələnlər dəhşətli tıxac yaratdı - VİDEO

Paytaxtda baş vermiş yol qəzasından sonra ortaya çıxan görüntülər sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Bakə Dairəvi yolunda baş vermiş hadisə yerinə toplaşan “tamaşaçı sürücülər” maşınları yol kənarında saxlayaraq tıxaca səbəb olublar.
Təəssüflər olsun ki, bu kimi hallarda sürücülər yolu açmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirərək sıxlıq və tıxac yaradırlar. Hadisə baş verən əraziyə gələn təcili yardım maşınlarına, polis əməkdaşları və FHN-nin xilasedicilərinə yolda maneə yaradırlar.
Xatırladaq ki, videodakı hadisə bir neçə gün öncə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. “BYD” markalı avtomobili idarə edən Rüstəmov Nihad Fəzlulla oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onun avtomobildə sıxışmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












