Bakıda avtobus sürücüsü hər kəsi şoka saldı: sükan arxasında kinoya baxır - VİDEO

Bakıda sürücü avtobusu idarə edərkən telefonda kinoya baxıb.
Hətta bəzi hallarda diqqətini tamamilə həmin videoya yönəldib.
Bununla bağlı görüntüləri vatsap nömrəmizə göndərən sərnişin iddia edir ki, sürücü yol boyu telefonda film izləyib. Məlumata görə, görüntülər oktyabrın 15-i paytaxtda 71 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda lentə alınıb.
Sərnişin və sürücülər bu formada nəqliyyat vasitəsini idarə etməyin çox təhlükəli olduğunu deyirlər.
Məsələ ilə bağlı sözügedən xəttin avtodəstə rəisi Natiq Rüstəmov bildirib ki, bu gün həmin sürücü şirkətə dəvət edilib və onun barəsində müvafiq tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı agentliyə dəvət edilib. Məlum hadisə ilə bağlı onlara sərt xərbərdarlıq edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












