Bakıda nazirliyin işçiləri dəhşətli qəzaya düşdü - VİDEO
Dünən saat 13 radələrində Qaradağ rayonunda təcili tibbi yardım avtomobilinin düşdüyü dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Ələt qəsəbəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılan "Mercedes" markalı təcili yardım avtomobili Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olub.
Avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü, demək olar ki, ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Yaralılar arasında Sibel Məmmədlinin vəziyyətinin çox ağır olduğu, həkimlərin onu həyatda saxlamaq üçün çalışdığı bildirilir. Belə ki, hadisədə 24 yaşlı Sibelin hər iki ayağı bud nahiyədən qırılıb. Onda, həmçinin açıq kəll-beyin travması diaqnozu, daxili orqanların zədələnməsi və digər birləşmiş travmalar təyin edilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












