Bakıda neft quyularının yaxınlığındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kv.m sahədə qamışlıq yanıb. Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub.
***
Paytaxtın Səbail rayonunda, 20-ci sahə deyilən ərazidə, güclü yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, "Ləzgilər məhəlləsi" kimi tanınan ərazidə quru otlaq sahəsi alışıb. Yaxınlıqdakı neft quyularına yanğının keçdiyi deyilir.
Əraziyə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












