Bakıda sərxoş, narkoman və avtoxuliqan sürücü tutuldu - VİDEO
Dünən Bakıda sərxoş vəziyyətdə, eyni zamanda narkotik vasitələrin təsiri altında idarə edərək avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin sürücü Babək prospektində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, sürücü Əhməd Cavad küçəsində yolun əks istiqamətində hərəkət edib. Eyni zamanda Azərbaycan prospektində avtomobilin səsboğucusuna müdaxilə edərək xorultulu səslə gecə vaxtı əhalinin rahatlığı pozub. Polisin dəfələrlə saxla işarəsinə tabe olmayıb. Sonda süni maneə yaradaraq sürücünü saxlamaq mümkün olub.
Araşdırma zamanı o da məlum olub ki, 99 KG 860 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sahibi, Tərtər rayon sakini Abbdullazadə Hasil Əfqan oğlu narkotik vasitələrin təsiri altında, eyni zamanda sərxoş vəziyyətdə avtomobil idarə edib.
Sürücü barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 1 ay müddətinə inzibati qaydada həbs edilib, sürücülük hüququ isə 1 il müdətində məhdudlaşdırılıb.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












