Bakıda sürücü qulağında telefon avtobus idarə etdi - ANBAAN VİDEO

Bakıda avtobus sürücülərindən daha biri yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, 163 nömrəli avtobusda qeydə alınan hadisə zamanı sürücü telefondan istifadə edərək sükanı bir əli ilə idarə edib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev baku.ws-ə bildirib ki, təqdim olunan görüntü ilə əlaqədar olaraq 163 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı "Manella" MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb:
"Sükan arxasında telefondan istifadəyə görə inzibati tənbeh tədbiri görülməsi Agentliyin səlahiyyətlərinə aid olmasa da daşıyıcı şirkət qarşısında həmin sürücü barəsində ciddi intizam tədbiri görülməsi ilə bağlı məsələ qaldırılacaq. Ümumilikdə qeyd edim ki, "Manella" MMC-nin istismarında olan 163 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyəti qənaətbəxş deyil.
Sərnişinlərdən bu marşrut xətti üzrə çoxsaylı şikayətlər daxil olur. Dəfələrlə bu barədə daşıyıcıya xəbərdarlıq olunmasına baxmayaraq müsbət dəyişiklik hiss olunmur. Bunu nəzərə alaraq marşrut xətti müsabiqəyə çıxarılıb".
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












