Bakıda sürücüləri təngə gətirən dairə qəza şəraiti yaradır - İDDİA - VİDEO

Bakının, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində üç yolun kəsişməsində çəkilən dairə yolda hərəkəti iflic edir.
Sürücülər bildiriblər ki, sözügedən dairə çəkildikdən sonra ərazidə hər gün yol-nəqliyyat hadisələri baş verir:
“Bu dairə çəkiləndən yol bərbad haldadır. Orada işarə də var, heç kim fikir vermir. Camaat çox əziyyət çəkir. Üçtərəfli yoldur, piyada keçidi də var. Dairə burada heç nəyə lazım deyil, fikir verən də yoxdur. Kim gəldi keçir”.
Maraqlıdır ki, ərazidə dairəvi hərəkəti göstərən heç bir nişan yoxdur, amma geriyə dönmək qadağandır nişanı quraşdırılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib.
Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar.
Ərazidə asfalt örtüyünə çəkilən dairəyə gəldikdə isə qurumdan bildirilib ki, orada dairəvi hərəkəti göstərən heç bir nişan quraşdırılmadığı üçün yerə çəkilən dairənin də heç bir qüvvəsi yoxdur.
Ətraflı Baku TV-nin süjetində:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












