Bakıda sürücülərin kabusuna çevrilən “Zerkalni Əliyar” kimdir? - VİDEO

Avqustun 20-si Binəqədi rayonu 8-ci mikrorayon Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan “Toyota Prado” markalı avtomobilin görüntüləri yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ön hissəsindən nömrə nişanı sökülmüş 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobil 75-80 yaşlı Əliyar adlı şəxsə məxsusdur. O, əhali arasında “Zerkalni Əlyar” adı ilə tanınır. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib. O, intizamsız sürücü kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğludur: “Bu ilin 20 iyun tarixində o, eyni əmələ görə 4 bal və 100 manat cərimə edilib. Daha sonra, avqustun 20-si bu əməli təkrar edib. Təəssüflə qeyd etməliyəm ki, müəyyən qayda pozuntuları var ki, misal üçün qarşı yola çıxıb nəqliyyatın axınına qarşı hərəkət etmək cəriməsi 100 manat və 4 baldır, lakin bu əməllər təkrar edildikdə daha ağır cərimə növü tətbiq edilmir, çünki qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, qanunvericiliyimizdə bu cür qanun pozuntularını il ərzində təkrarlayan şəxslə bağlı daha ağır sanksiya yoxdur.
Göründüyü kimi, görüntüdəki şəxs iyun ayında və avqust ayında eyni əməli təkrar etsə də, hər dəfə eyni cəzanı alıb: 100 manat və 4 cərimə balı. Birbaşa yol hərəkəti üçün ciddi təhlükə və təhdid yaradan qayda pozuntuları il ərzində təkrarlanırsa, ikinci dəfə törədildikdə sürücülük hüququnun məhdudlaşdırılması qanunvericiliyimizdə nəzərdə tutulsaydı, bu daha ədalətli və effektli olardı. Belə sürücülər də düşünməzdi ki, cərimə ödəməklə məsələ bitir. Məsələn, qırmızı işıqda keçənlərlə də bağlı belə olmalıdır. İl ərzində 3 dəfə təkrar olunursa, hər dəfə 3 bal 60 manat cərimə edilir. Halbuki digər ölkələrdə belə qayda pozuntuları ilə bağlı qanunvericilikdə daha sərt tədbirlər nəzərdə tutulur. Ümumilikdə nəqliyyat axınına qrşı törədilmiş qayda pozuntularını törətmiş şəxs və nəqliyyat vasitələri ilə bağlı təkrarçılıq halları ilə bağlı qanunvericiliyimizdə dəyişikliklərin edilməsinə ehtiyac var.
Ölkəmizdə müəyyən cəzalar yüngülləşdirilib, bu, təqdirə layiqdir. Amma elə inzibati xətalar var ki, onların qarşısının alınması üçün məsuliyyət dərinləşməlidir. Bu proses həm ədalətli olmalı, həm də qanunun aliliyi prinsiplərinə zidd olmamaqla real vəziyyətə mahiyyəti üzrə qiymət verilməsi üçün tutarlı olmalıdır!”
Qeyd edək ki, cəmiyyətdə “Zerkalni Əlyar” adı ilə tanınan 77 yaşlı sürücü ilə bağlı çoxsaylı fikirlər dolaşmaqdadır. Bir çox sürücü onun avtomobilini gördükdə özlərini sığortalamaq, yolun kənarına çəkilərək təhlükədən uzaq olmağa çalışırlar.
Həmin sürücünün fotosunu əldə etmişik və oxucularımıza təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













