Bakıda "Uber" sürücüsü "TikTok" fenomenini ÖLÜMLƏ HƏDƏLƏDİ: "Başını kəsərəm" - VİDEO

Sosial şəbəkələrdə yayılan, bir qadının "Uber" taksi xidmətinin sürücüsü tərəfindən ölümlə hədələndiyini iddia etdiyi video aləmi bir-birinə vurub.
Avtosfer.az xəbər verir ki, "Tiktok" fenomeni olan ingilis dili müəlliməsi Ayşən Qurbanova dünən başına gələn hadisəni öz "Instagram" hesabında paylaşıb.
O, deyir ki, sürücü tərəfindən təhqir və təhdid olunub:
"Bir neçə gün əvvəl "Uber" taksidən istifadə etdim və sürücü mənə arxa oturacaqda makiyaj etdiyim üçün sən tərbiyəsizsən, əxlaqsızsan. Sən makiyaj edə bilmərsən kişi xeylağının yanında. Səni maşından düşürdərəm yolun ortasında, başını kəsərəm. sənin başını əzərəm və s. bu tipli sözlər işlətdi.
Bunların hamısını videoya çəkdim, daha sonra həmin sürücünü şikayət etdim. "Uber"ə də şikayət ünvanladım. Mənə biz o sürücünün işi ilə bağlı məhdudiyyət qoyacağıq, nəsə edəcəyik. Çox üzr istəyirik dedilər. Sürücünü işdən çıxarmaq yox, onu etdiyi davranışa görə cəzalandırmaq yox, məndən normal üzr istəmək yox.
Həmin sürücünün maşınına bu gün, sabah başqa bir xanım əyləşsə və həqiqətən də, dediyi kimi onun başını kəssə, ya da yolun ortasında döysə, heç kim yaxınlaşıb kömək etməyəcək. "Uber"dən istifadə edirsinizsə, ucuzdur deyə, sifariş etməyin".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Nurlan Əliyev Lent.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatımız var və məsələ araşdırılır.


Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












