Bakıda moped sürücüsü və sərnişini saxlanıldı; həbs qərarı verildi - VİDEO

Bakıda yol polisinin qanuni tələblərinə əməl etməyən moped sürücüsü həbs olunub. Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini 18 yaşlı Zayıdov İnqilab Rövşən oğlu avqustun 29-da Bakının mərkəzi küçələrində yol polisinin qanuni tələblərinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsini dayandırmadan, Bakıxanov və Səməd Vurğun küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq tabesizlik göstərib. Mopedi dəbilqəsiz istifadə etdiyi üçün ona verilən "saxla" işarəsinə tabe olmayan sürücü daha sonra Səməd Vurğun küçəsində əks istiqamətli zolağa çıxaraq bir neçə dəfə polis əməkdaşlarına tabe olmayıb.
Nəhayət sürücü və yanındakı sərnişin saxlanılaraq toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin 21 ci polis bölməsinə təhvil verilib. Bölmədə toplanılmış materiallar isə avqustun 30-da Nəsimi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarıyla Zayıdov İnqilab Rövşən oğlu 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun yanındakı digər şəxslə bağlı isə toplanmış materiallar yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












