Bakının bu yolunda qəzaya düşən avtomobillər yoxa çıxır - DƏHŞƏTLİ FAKT - VİDEO

Bakı dairəvi yolunda beton sədlərin və dəmir məhəccərlərin olmaması sürücülərin həyatını təhlükə altında qoyur. Avtosfer.az xəbər verir ki, sözügedən yolun üzü Lökbatan dairəsi istiqamətinə olan hissəsinin 2-ci kilometrində (“Gözət-Təpə” restoranının yaxınlığında) yolun sağ hissəsi uçurumdur. Hərəkət hissəsi ilə uçurum arasında bir neçə metr məsafə olduğu üçün qəzalar zamanı avtomobillər idarəetmədən çıxaraq uçurumdan aşırlar. Hətta bir neçə dəfə həmin yolda idarəetmədən çıxan avtomobil uçurumdan aşaraq sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib. Ölənlərin yaxınları günlərlə axtardıqdan sonra məlum olub ki, avtomobil həmin yolda uçurumdan aşaraq dərənin dibində görünməz yerdə qalıb. Belə halda avtomobilin oradan çıxarılması da müşkül məsələyə çevirilir. Bunların baş verməməsi üçün yolun kənarında beton sədlərin və ya dəmir məhəccərlərin olması zəururi hesab olunur.
Qeyd edək ki, bir müddət əvvəl həmin yerdə baş verən qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Videodan da görünür ki, yolun kənarında təhlükəsizlik sədlərinin olmaması qəzaya düşən avtomobilin dərəyə aşmasına səbəb olub.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi ölçü götürüb təhlükəsizlik sədlərinin təşkilini həyata keçirəcək.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












