Bəlkə də sənədim var, bilmirəm - VİDEO

Yol polisinin bir neçə saatlıq reydi bəs edib ki, paytaxtda taksi xidməti sahəsindəki problemlər ortaya çıxsın. Təsəvvür edə bilrsinizmi, həyatımızı kimlərə əmanət edirik? Az qala əli rul tutan hər kəs maşına əyləşib taksi xidməti göstərir. Halbuki, bu xidmət yüksək peşəkarlıq və mədəniyyət tələb edir. Bəs bizdə vəziyyət necədir, əməkdaşılarımızın lentə aldığı reyddən biləcəksiniz.
Fərqlənmə nişanının nə olduğunu bilməyənlər var. Bu bir kənara qalsın, çəkiliş qrupunu bəhanə edib sənədlərini təqdim etməkdən yayınanlar da var.
Başqa sürücünün isə taksi fəaliyyəti ilə məşğul olmaq üçün heç bir sənədi yoxdur. Başqa bir sürücü isə öncə taksi fəaliyyəti üçün hansısa sənədlərin olmasından bixəbər olduğunu desə də. Daha sonra isə məsələnin əsasının fərqli olduğu ortaya çıxdı.
Görüntülər Koroğlu metrosu istiqamətində nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma və digər çatışmamazlıqlarin aradan qaldırılması istiqamətində keçirilən reyddəndir. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Yol Polisi və Vergi Xidməti tərəfindən keçirilən reydlər zamanı əsasən lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb.
Sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, müvafiq izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağrılıblar.
Həmçinin fərqlənmə nişanın nə olduğunu bilməyən və bunu hardan əldə etmək istəyən sürücülərə də bununla bağlı izahatlar verildi.
Bu istiqamətdə reydlər aidiyyatı qurumlarla birgə mütəmadi davam etdiriləcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












