Bərbad vəziyyətdə olan qəsəbə yolu - Piyadalar da, maşınlar da palçığın içindədir - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində yollar bərbad vəziyyətdədir. Mövcud problemlə bağlı sakinlər Avtosfer.az-a müraciət ediblər. Onların sözlərinə görə, qəsəbədən Qobu istiqamətinə gedən yol yeni çəkilsə də istifadəyə yararsızdır. Belə ki, yoldan keçərkən əziyyət çəkdiklərini bildirən sürücülər xüsusilə qarlı, yağışlı hava şəraitində vəziyyətin ikiqat çətinləşdiyini qeyd ediblər. Onlar həmçinin kanalizasiya suyunun məhəllələrdəki evlərdən birbaşa yola axıdıldığını bildiriblər. Nəticədə yol tamamilə palçıq olur və yaranmış vəziyyət həftələrlə davam edir. Bu da həm sürücülərin, həm də piyadaların hərəkətinə əngəl törədir. Həmçinin şikayətçilər piyada səkisinin olmadığını və yolun asfalt örtüyünün yarımçıq çəkildiyini əlavə ediblər.
Üzərimizə düşən öhdəliyi yerinə yetirərək məsələni işıqlandırdıq. Sakinlərin bu probleminin qısa zamanda aidiyyəti orqan tərəfindən həll olunacağına ümid edirik.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












