DYP sürücüləri çaşdıran dairədəki vəziyyəti nəzarətə götürdü - Həll olunacaq - VİDEO

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, qısa zaman ərzində nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
***
Qax rayonunda hərəkətin təşkilində olan nöqsan sürücülərin cərimələnməsi ilə nəticələnir. Bu barədə bir neçə sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Onların sözlərinə görə, yolda dairəvi hərəkəti bildirən 4.3 nişanı var, amma dairə yolun mərkəzində yox, yoldan sağda yerləşir. Asfalt üzərinə çəkilmiş nişanlanma xətti isə olduğu kimi davam etdiyi üçün (dairəyə tərəf meyillənmədiyi üçün) onları çaşdırır. Oradan düzünə hərəkət edən sürücülər yol polisi tərəfindən cərimələnir.
Qeyd edək ki, təcrübəyə əsasən dairənin yoldan sağda və ya solda yerləşməsi mümkün hesab olunur. Lakin hərəkət elə təşkil edilməlidir ki, sürücülər səhv etməsin. Çünki onların səhvi təkcə cərimə ilə yox, bəzən ağır qəza, hətta ölümlə də nəticələnə bilir.
Bəs hərəkət necə təşkil edilməli idi?
Avtosfer.az-ın məlumatına görə, dairənin girişində zolaqlar təhlükəsizlik adacıqları ilə sağa doğru istiqamətləndirilməlidir ki, avtomobillərin dairəyə daxil olmadan düzünə hərəkət etməsi mümkünsüz olsun. Belə olan halda həm sürücülərə hərəkət istiqaməti aydın olacaq, həm də yolda təhlükə yaranmayacaq. Buna dair fotonu təqdim edirik:
Nərminə Əli

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












