Bu küçədə qaydalar dəyişdi – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - VİDEO

Bakının problemli küçələrindən birində hərəkətin təşkilinə dəyişiklik edilib. Bu barədə sosial şəbəkədə videogörüntü yayılıb. Avtosfer.az xəbər verir ki, Qəzənfər Musabəyov küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində qurşadırılmış stop nişanları çıxarılıb, yerində isə dairəvi hərəkəti bildirən yol nişanı quraşdırılıb. Eyni zamanda asfalt üzərindəki nişanlanma xətləri silinərək, əvəzində dairə formasında nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, əvvəllər Cəfər Xəndan küçəsi ilə kəsişən bütün istiqamətlərdə stop nişanı olub. Sürücülər yolayrıcına daxil olan zaman konfilikt qaçılmaz idi. Lakin indi bütün istiqamətdən gələn sürücülər dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olmaqla hərəkət etməlidilər. Yəni, Əzim Əzimzadə və Sərdar Hüseynov küçəsindən Cəfər Xəndan küçəsinə doğru getmək istəyən sürücülər mütləq dairəyə daxil olmalı və dariəni fırlanmaqla həmin isiqamətə getməlidilər. O cümlədən Cəfər Xəndan küçəsindən “Yeganə” şadlıq sarayı istiqamətinə getmək istəyən sürücülər dairəyə daxil olduqdan sonra həmin isiqamətə gedə bilərlər.
Edilən dəyişikliklərdən biri də Əzim Əzimzadə küçəsinin girişindədir. Belə ki, əvvəllər Cəfər Xəndan küçəsindən və Qəzənfər Musabəyov küçəsindən gələn sürücülər Əzim Əzimzadə küçəsinə dönə bilirdilər. Lakin indi həmin küçə birtərəfli edilməklə yolun girişinə giriş qadağandır nişanı quraşdırılıb.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












