Bu küçədəki stop nişanına görə maşınlar tez-tez sönür - BNA-nın DİQQƏTİNƏ - VİDEO

Paytaxtın Süleyman Tağızadə küçəsində təhlükə ilə üzləşən sürücülər redaksiyamızın elektron ünvanına müraciət göndəriblər. Onlar bildirir ki, sözügedən küçənin Abdulla Şaiq küçəsi ilə kəsişməsində (Nərimanov heykəlinin qarşısında) stop nişanı quraşdırılıb. S.Tağızadə küçəsi sərt yoxuşlu olduğu üçün nasaz avtomobillə hərəkət edən sürücülər A.Şaiq küçəsinin kəsişməsində stop edərkən bir çox hallarda mühərrik sönür. Belə halda isə tormoz sistemi işləmədiyi üçün avomobil arxaya doğru hərəkət edərək yoxuşa qalxan sürücülərə təhlükəli anlar yaşadır. Qeyd etdiyimiz analoji halın videogörüntüsünü təqdim edirik.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi hərəkətin təşkilində dəyişiklik etməklə həmin problemi rahatlıqla aradan qaldıra bilər. Belə ki, A.Şaiq küçəsinin sağ zolağı S.Tağızadə küçəsindən gələn nəqliyyat vasitələri üçün ayrılsa və ayrılan zolaq plastik tumbalarla təşkil edilsə, həm trayektoriya kəsişməyəcək, həm də stop eməyə ehtiyac qalmayacaq. Yoxuşla qalxann sürücülər sərbəst şəkildə sağa dönərək fasiləsiz hərəkət edə biləcək.
Yollarda bu cür təhlükələrin aradan qaldırılması və fasiləsiz hərəkətin yaradılması üçün hərəkətin təşkili ilə məşğul olan səlahiyyətli şəxslər daim yaxşıya doğru yeniliklər etməlidir.
Ümid edirik ki, BNA sürücülərin etdiyi bu müraciətlə bağlı tez bir zamanda araşdırma aparacaq və lazımi addımlar atacaq.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












