Bu maşının iki nömrəsi var: "Kamaz", yoxsa "Maz"? - VİDEO

Oxuculardan biri yolda maraq doğuran görüntünü qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, qeydə alınan görüntüdən aydın şəkildə görünür ki, yolda hərəkətdə olan "Kamaz" markalı avtomobilin arxa hissəsinə iki qeydiyyat nişanı təhkim edilib. Onlardan biri 09-ZA-068, digəri isə 10-ZL-358-dir. Oxucunun verdiyi məlumata görə avtomobilin qarşısında 10 seriyası ilə başlayan nömrə təhkim edilib.
Qeyd edək ki, qanunvericiliyə görə avtomobilə müxtəlif rəqəm və hərf kombinasiyalı qeydiyyat nişanlarının təhkim edilməsi qanunsuzdur. İstisna hallar qoşqulu və ya yarımqoşqulu nəqliyyat vasitələrinə aiddir. Bu halda da qoşqunun və yarımqoşqunun qeydiyyat nişanı öz yerinə təhkim edilməlidir. Lakin sözügdən fotoda olan yük avtomobili qoşqusuz olub.
Araşdırma zamanı sözügedən qeydiyyat nişanının başqa nəqliyyat vasitəsinə aid olması öz əksini taparsa, bu zaman sürücü İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












