Eyni yerdə baş verən 4 qəzanın görüntüləri yayıldı - BAKIDA - VİDEO
Bura Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsidir. Avtosfer.az xəbər verir ki, bu kəsişmədə tez-tez qəzalar baş verir. Yolayıcı çoxfunksiyalı olduğu üçün burada hərəkətin tənzimlənməsi üçün sürücü diqqətli olmalıdır. Belə ki, Koroğlu Rəhimov küçəsi ilə prezident iqamətgahı istiqamətində hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə kəsişmə zamanı sola və sağa dönə, həmçinin, düzünə hərəkət edə bilərlər. Eyni zamanda, Koroğlu Rəhimov küçəsi ilə əks tərəfdən gələnlər də düzünə və sağa hərəkət edə bilərlər.
Həsən Əliyev keçəsindən gələn sürücülər sağa Korğolu Rəhimov istiqamətində və düzünə hərəkəti davam etdirə bilirlər. Sağa hərəkət zolağında həmişə yaşıl işıq yandığı üçün sürücülər ən sağ zolağı götürməklə buradan dönə bilirlər.
Problem adətən Koroğlu Rəhimov küçəsini əks istiqamətindən (prezident iqamətgahı tərəfdən) hərəkət edən sürücülərlə bağlı olur. Çünki sala Həsən Əliyev küçəsinə dönmək istəyən sürücülər Koroğlu Rəhimov küçəsini əks istiqamətindən (prezident iqamətgahı tərəfdən) hərəkət edən sürücülərə yol verməlidir. Prezident iqamətgahı tərəfdən hərəkət edən avtomobillər adətən az olduğu üçün çox vaxt sola Həsən Əliyev küçəsinə dönən sürücülər buna diqqət etmir və nəticədə qəza baş verir.
Bəzən isə Həsən Əliyev küçəsi istiqamətindən gələn zaman sağa dönməyib düzünə getmək istəyən sürücü sağ zolağa girir. Arxadan gələn avtomobillərə yol vermək məcburiyyətində qalır. Çünki o ikinci zolaqda dayanmalı və işıqforun müvafiq işığını gözləməlidir. Amma həmişə yaşıl işıq olan sağ zolağa girdiyi üçün məcburən yolayrıcına daxil olur. Bu zaman Prezident iqamətgahı tərəfdən hərəkət edən avtomobillə toqquşma nöqtəsinə çatır.
Təqdim edəcəyimiz qəza videoları bu kəsişmədə baş verib. Demək olar ki, bütün qəzaların baş verdiyi nöqtə də eynidir. Səbəb isə yuxarıda izah olunan qaydalara riayət etməməkdən irəli gəlir. Görüntülər bir müddət əvvələ aid olsa da, eyni hadisələr orada bu gün də baş verir.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












