İş yerlərinin önündə avtomobil park edənlərə güzəşt olacaqmı? - AYNA-dan AÇIQLAMA - VİDEO

İş yerlərinin önündə avtomobili park etmək pulsuzdur, amma imkan xarici vətəndaşlara aid deyil. Məsələ qanuni dayanma yerindən, yəni “azparkinq”in ərazisindən gedir.
İş adamı, stilist Anar Ağakişiyev bildirib ki, bu sahədə başqa boşluqlar da var. Məsələn, o, iş yerinin qarşısında maşın park etdiyi üçün aylıq 400 manatdan çox pul verir. Problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiyini deyir.
Müsahibimiz vurğulayıb ki, hazırda ölkə ərazisində on minlərlə xarici ölkə vətəndaşı yaşayır. Bu üsulun isə onlara tətbiqi iş sektorunda problemin daha da dərinləşməsinə gətirib çıxarır.
Bəs nəqliyyat vasitələrinin parklanmasına görə qərar hazırlananda ölkəmizdə iş icazəsi olan əcnəbilər niyə nəzərə alınmayıb? Məsələ ilə bağlı Yerüstün Nəqliyyat Agentliyinə də müraciət etdik.
Agentliyin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirdi ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












