Lənkəranda yarışaraq qəza şəraiti yaradan sürücü saxlanıldı - VİDEO - YENİLƏNİB

Lənkəranda yarışan avtomobillərdən birinin sürücüsü saxlanılıb.
Bununla bağlı Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında dərhal müvafiq araşdırma aparılıb:
“Nəqliyyat vasitələri müəyyən ediliblər. Sürücülərdən biri isə artıq saxlanılıb. Qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi təmin ediləcək. Nəqliyyat vasitələri Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində yarışıblar”.
***
Lənkəranda iki avtomobil bir-biri ilə yarışa girərək yolda təhlükəli manevrlər ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Həmin anlar yolda hərəkət edən avtomobillərdən birinin kamerası ilə lentə alınıb. Kadrlardan görünür ki, yarışan avtomobillər qəzadan son anda xilas olurlar.
Sözügedən görüntüləri təqdim edirik:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












