Maşın bazarında alverə gələnlər təhlükəli “şou” göstərdi – ANBAAN VİDEO

Maşın bazarında təhlükəli anlar qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə geniş yayılıb.
Belə ki, ətrafa toplaşan insanlar üçün “VAZ” markalı 42-CG-907 nömrəli avtomobilin sürücüsü güya “şou” göstərib. Sürücünün təhlükəli dolu manevrlərini isə ətrafdakı insanlar maraqla qarşılayıb. Daha sonra həmin yerə “Mercedes Benz” markalı 90-UU-812 qeydiyyat nişanlı avtomobil daxil olaraq “şou”ya davam edib. Hər iki sürücü təhlükəli manevrlər edərək sağ-sol edib.
Ətrafda yüzlərlə vətəndaşın olduğu və avtomobillər ilə insanlar arasında heç bir qoruyucu olmadığı nəzərə alınsa kiçik bir səhv böyük fəlakətə səbəb ola bilərdi. Maraqlısı budur ki, sürücülərin belə təhlükəli hərəkətləri hamı tərəfindən diqqətlə izlənilib. Həmçinin sanki ətrafdakı insanların reaksiyaları sürücüləri daha da coşdurub.
Qeyd edək ki, bu kimi “əyləncə” və “adrenalin” dolu “şou”lar mütləq daha təhlükəsiz mühitdə baş verməlidir. Yəqin ki, heç kim əylənmək üçün ölmək istəməz.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












