Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib - FOTO - VİDEO

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.
Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, avqustun 26-sı saat 14 radələrində Bakı şəhər sakini Eltac Məcnunzadənin idarə etdiyi “Hyundai” markalı, 99-SD-435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.
Lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək süni gərginlik yaratmağa çalışıb və qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Eltac Məcnunzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Məhkəmənin qərarı ilə E.Məcnunzadə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













