Nəqliyyat sistemində baş verənlər və qarşıda duran məsələlərlə bağlı mətbuat konfransı keçirilib - VİDEO

Bu gün "Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya" İctimai Birliyinin yol hərəkəti təhlükəsizliyinə, ötən il Azərbaycanda nəqliyyat sistemində baş verənlərə və qarşıda duran məsələlərə həsr edilmiş mətbuat konfransı keçirilib.
Avtosfer.az xəbər verir ki, konfransda birliyin sədri hüquqşünas Ərşad Hüseynov və qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı iştirak edib.
Tədbirdə 2023-cü ildə baş verən hadisələrə diqqət yetirilib. Qeyd edilib ki, yol nəqliyyat hadisələrinin sayı azalsa da, ölüm və xəsarətlər çoxalıb. 2022-ci ildə 804 ölüm qeydə alınmışdısa ötən il bu rəqəm artıb.
Konfransda həmçinin 2023-cü ildə Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının icra müddəti başa çatması, piyadavurma hadisələri, piyadalar üçün infrastuktur genişləndirilməli və nəzarət tədbirləri, ictimai nəqliyyatın inkişafı, yollarda təhlükəsizlik elementləri barəsində, ölkəyə gətirilən avtomobillərin sayı, işğaldan azad olunan ərazilərdə nəqliyyat sistemi, Baş Planda nəzərdə tutulan layihələr kimi vacib məqamlarla bağlı media nümayəndələrinə məlumat verilib.
Qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatın inkişafı ilə bağlı bu il ciddi addımlar atılacaq: “Yeni avtobuslar alınmaqla 400 avtobusun istimsardan çıxarılması, avtobusların ümumi sayının 2600-ə çatdırılması lazımdır ki, bu da təxminən 1000 ədəd yeni avtobusun alınması deməkdir. Bunun üçün dövlət tərəfindən avtobusların alınması nəzərdə tutulur. Eyni zamanda, hesab edirik ki, sahibkarlar üçün də imkan yaradılmalıdır ki, onlar da avtobus parkını yeniləsinlər. Avtobus sürücülərinin sayı azalır, xaricə üz tuturlar. Onları ölkədə normal maaşla təmin etmək lazımdır ki, sürücü qıtlığı yaşanmasın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə layihəyə start verəcək”.
Hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” 2022-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “Orada da qeyd olunur ki, istənilən şəhərin Baş planından sonra həmin şəhərin mobillik planı da olmalıdır. Bu yaxınlarda Bakının Baş planı təsdiqlənsə də mobillik planı hələ yoxdur. Şəhərin nəqliyyat problemlərinin detalları mobillik planında göstərilir. Gözləyirəm ki, Bakı Şəhərinin mobillik planı necə olacaq".
Daha sonra isə jurnalistlərin sualları cavablandırılıb.
Tədbirin tam videosunu təqdim edirik:
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












