Ödənişli yolda “Niva”yla 150 manatlıq qayda pozan daha bir sürücü görüntüləndi - VİDEO

Məlumdur ki, bir müddət əvvəl ödənişli Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun açılışı oldu. Ödənişsiz yolla müqayisədə üstünlüklərə malik olan bu yoldan istifadə isə hələlik azdır. Bundan sui-istifadə edərək qayda pozan sürücülər də az deyil. Xüsusilə onlar yoldakı boşluqdan “faydalanaraq” sürət həddini aşır, əks istiqamətli yolda hərəkət edirlər. Təbii ki, belə olan halda qəza qaçılmazdır. Nə üçün qayda pozduqları soruşulanda isə müxtəlif bəhanələr gətirərək özlərinə haqq qazandırırlar. Lakin istənilən halda bu qəbulolunmazdır.
Ödənişli yolda kobud qayda pozan daha bir sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 15-i səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 27-BZ-071 dövlət nömrə nişanlı “VAZ-2121” markalı avtomobilin sürücüsü birtərəfli müəyyən edilmiş yolda əks istiqamətdə hərəkət edib. Belə ki, yoldakı boşluğu görən sürücü nəqliyyat vasitəsini bu şəkildə idarə etməkdən çəkinməyib. Həmçinin sürücünün sürət həddini aşması iddia olunub. Nəticədə isə o, həm özünə, həm də digər nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Qeyd edək ki, bir neçə gün öncə eyni markalı avtomobillə əks istiqamətli yolda hərəkət edən sürücünün görüntüsü yayılmışdı. Video, Baş DYP İdarəsi tərəfindən araşdırılaraq qayda pozan sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdü.
Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












