Poliklinikalarda tibbi arayışı göy-göyərti kimi satırlar – Ekspertdən ŞOK AÇIQLAMA - VİDEO
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı taksi sürücülərinin tibbi müayinədən keçirilməsi barədə danışıb. O, bildirib ki, bu gün taksi sürücülərinin tibbi müayinəyə cəlb edilməsi barədə tapşırıq verilməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir: “Aidiyyatı qurum bunu təkzib edib. Belə bir hal yoxdur. Lakin onsuz da yanvarın 1-dən qüvvəyə minən qaydalara əsasən taksi sürücüləri gündəlik tibbi müayinədən keçməlidirlər”.
Ekspert bildirib ki, bəzən tibii müayiə ilə sağlamlıq haqqında arayış qarışdırılır. “Tibbi müayinədən sağlamlıq haqqında arayış alan şəxslər keçir. Yəni, taksi sürücüsü kimi qeydiyyatda olan şəxs artıq gündəlik tibbi müayinədən keçməklə fəaliyyət göstərir. Əsas problem tibbi müayinədə deyil, sağlamlıq haqqında arayışın veriməsindədir. Bu arayışı da poliklinikalar bazar qaydaları əsasında sanki göy-göyərti satırlarmış kimi pul alaraq verirlər”.
Ekspert bildirib ki, poliklinikalarda bu məsələyə ciddi nəzarət olunmalıdır: “Bu nəzarət mexanizmini Səhiyyə Nazirliyi və güc sturukturları çox yaxşı bilir. Bir neçə nəfər həbs edilsə, otaqlara kameralar yerləşdirilsə, şəffaf şəkildə prosesin həyata keçirilməsi tələb olunsa məsələ həllini tapacaq.”
Ekspert bildirib ki, tibbi arayış üçün 40 manat civarında dövlət rüsumu müəyyən edilib. Lakin həkimlər arayış müqabilində 80-100 manat pul alır. “Təklif edirəm ki, dövlət rüsumundan həkimlərin maaşına əlavə faiz hesablansın. Nəticədə rüşvət amili aradan qalxacaq. Axı yolda narkoman, dəli taksi sürücülərin öldürdüyü, kobudluq göstərdiyi sərnişinlər arasında elə həkimlərin də qohumları var. Onlar vicdanlarına sığışdırıb belə şeyləri necə edirlər. Yəni, bu müayinənin kökü taksi sürücülərinin tapşırıqla, harasa getməsində deyil, onu müayinə edən həkimlər və tibb mərkəzlərindədir.”
Elməddin Muradlı vurğulayıb ki, bu məsələ ilə ciddi şəkildə məşğul olmaq lazımdır: “Dünən Baş prokuror Kamran Əliyev də müsahibəsində qeyd etdi ki, qanunda hansısa formada boşluqlar, neqativlər var. Ola bilər ki, bu problem qanunvericilik səviyyəsindədir. Amma neqativ hal bundan ibarətdir ki, poliklinika həkimlər arayışı pulla satırlar. Bunu açıq demək lazımdır. İstənilən poliklinikada bir əməliyyatçı bu prosesi tam şəffaf şəkildə aşkarlaya bilər. Adi sürücü qismində daxil olub “tibbi arayış istəyirəm” desə başına nələr gələcəyini özü görəcək. Ondan sonra işin kökünü kəsmək mümkün olacaq”.
Məhəbbət Tərlanoğlu
Yol polisləri maşını saxlayıb sürücünü döydü: sakinlər çəkib paylaşdı - VİDEO
AAYDA-nın təmir etdiyi yol deşik-deşik olub - SÜRÜCÜLƏRDƏN ŞİKAYƏT - VİDEO
Halı pisləşən avtobus sürücüsü ağır qəza törətdi; 4 nəfər öldü - VİDEO
Psixi xəstə olan sürücü avtomobillə 30 nəqliyyat vasitəsini əzdi - VİDEO
Polis rəisinin zarafatı həmkarına baha başa gəldi - VİDEO
"Bolt" “Pony.ai” və “Stellantis” ilə birgə sürücüsüz nəqliyyat sınaqlarına başlayır – AÇIQLAMA - VİDEO
FHN-in işçiləri “Minib-düşmə yeri”ni zəbt etdi - Sürücülər əziyyət çəkir - VİDEO
Taksi sürücüləri cərimədən yayınmaq üçün baqaj görün nə etdilər - VİDEO
"Skoda" və "Volkswagen" toqquşdu; piyadalar möcüzə nəticəsində sağ qaldı - VİDEO
Bakıda yol üstündə gərgin anlar: Piyada ilə sürücü arasında mübahisə yarandı - VİDEO
Bu yolda nişan yoxdur, amma sürücülərə cərimələr yazılır - ŞİKAYƏT - VİDEO










