Qəza şəraiti yaratdı, avtoxuliqanlıq edərək getdi: "Əcəb eləyirəm..." - VİDEO
Paytaxt küçələrinin birində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-KX-606 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobilin sürücüsü əvvəlcə manevr qaydalarını kobud şəkildə pozur və digər hərəkət iştirakçısına qəza şəraiti yaradır. Ardıcıl olaraq əyləcdən istifadə edərək təhlükəli vəziyyətə səbəb olur. Ona irad bildirilən zaman isə özünü haqlı çıxarmağa çalışır.
Daha sonra avtoxuliqanlıq hərəkətlərinə start verən sürücü əks istiqamətli yola çıxır, təkərləri yerində oynadaraq səslər çıxardır və daha iki avtomobilə təhlükə yaradaraq yüksək sürətlə uzaqlaşır. Bu zaman sağ-sol hərəkətləri edərək avtoxuliqanlıq əməlinə davam edir və cəmiyyətə aşkar şəkildə hörmətsizlik nümayiş etdirir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd olunub ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












