Şamaxıda iki qardaşın öldüyü qəzanın başvermə videosu yayıldı - "Protiv"...

Xəbər verdiyimiz kimi, ötən həftə Şamaxı şəhərində dəhşətli qəzada 2 qardaş həlak olub. Avtosfer.az xəbər verir ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil dünən dəfn edilib. Onlar rayonda fermer təsərrüfatını idarə edirmiş. İyunun 1-də yaşadıqları evə gedərkən məhəlləyə dönəndə maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər. Vəfat edən qardaşların ikisi də ailəli olub.
Bu gün həmin hadisənin başvermə anını əks etdirən video yayılıb. Videodan da aydın görünür ki, "Niva" markalı avtomobil sola dönərkən qarşıdan gələn "Shacman"ın yoluna çıxıb. Yük maşını onu tən ortadan vuraraq bir neçə metr sürüyüb. "Niva" sola dönərkən eyni vaxtda daha bir yük maşını "Shacman"ın gəldiyi istiqamətdən gələrək sola dönür. Görünür, həmin yük maşını dönərkən "Niva" sürücüsü "Shacman"ın yaxınlaşdığını görə bilmir və dönmə əməliyyatı aparan zaman dəhşətli hadisə baş verir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












