Şəhərin mərkəzində biabırçı nişanlanma xətti: Necə sürürsən sür, qəza qaçılmazdır - VİDEO

Sürücülərin rahat şəkildə hərəkəti və qəzaların baş verməməsi üçün küçələrdə müxtəlif yol işarələri və nişanlanma xətləri mövcuddur. Lakin bəzən bu nizamlayıcı vasitələr düzgün formada təşkil olunmur. Nəticədə sürücülər arasında çaşqınlıq yaranır ki, bu da onların istəmədən qayda pozmalarına və qəzaların baş verməsinə səbəb olur.
Bakının Səməd Vurğun küçəsində də belə xoşagəlməz hal mövcuddur. Şikayətçi tərəfindən Avtosfer.az-a göndərilən videodan aydın görünür ki, hərəkətin təşkili düzgün qurulmayıb. Belə ki, orta və sağ zolaqdakı xətlər sürücülərin həm düzünə, həm də sağa hərəkət edə biləcəklərini göstərir. Lakin orta zolaqdakı sürücü sağa, sağdakı isə düzünə hərəkət etdiyi zaman qəza qaçılmaz olacaq. Avtomobil idarəçiləri nə qədər ehtiyatlı davransa da ən azından qayda pozuntusu və təhlükə baş verir. Narazılığını bildirən sürücü fevralın 4-ü axşam saatlarında ərazidən keçərkən qəza riski yaşadığını bildirib. Şikayətçinin iddiasına görə, o, sağ zolaqdan düzünə hərəkət edərkən orta zolaqdakı “Mercedes” markalı avtomobilin sürücüsü sağa dönməyə çalışıb və qəza təhlükəsi yaranıb. Sürücülər arasında öncə mübahisə baş versə də, təhlükənin hərəkət iştirakçılarından qaynaqlanmadığı müəyyənləşib. Qəza riskinə səbəb olan görüntüdəki nişanlanma xətlərinin şəhərin mərkəzində və avtomobillərin sıx hərəkət etdiyi küçədə mövcudluğunu nəzərə alsaq vəziyyətin necə təhlükə saçdığını anlamaq olar. Bu halda belə bir sual ortaya çıxır. Biabırçı yol nişanlanma xətlərinə görə sürücünün də dediyi kimi, qəza baş verərsə məsuliyyət kimin üzərinə düşəcək?
Qeyd edək ki, Füzuli küçəsində də analoji vəziyyət hökm sürür. Növbəti videoda sürücülərin necə qəzaya düşə biləcəyi aydın olur.
Ümid edirik ki, qəza baş vermədən və sürücülərin haqlı narazalığı artmadan mövcud problem tez zamanda aradan qaldırılacaq.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












