Sərnişinlər 171 saylı marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar - VİDEO

171 saylı marşrut avtobuslarının hərəkət intervalının çox olduğu və axşam saatlarında isə əksəriyyətinin fəaliyyət göstərmədiyi deyilir.
Söhbət "Koroğlu" metrostansiyasından Bilgəh qəsəbəsi istiqamətində hərəkət edən 171 saylı marşrut avtobuslarından gedir.
Sərnişinlər bildirirlər ki, bu marşrut xəttindəki avtobuslar onları mənzil başına vaxtında çatdırmır. Həmçinin sürücülər saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etməyərək yarı yoldan qayıdırlar. Ona görə də sərnişinlər də taksilərdən istifadə etmək məcburiyyətində qalırlar. Ötən gün də sürücülərdən biri sərnişinləri yarı yolda qoyub.
Sürücülər isə axşam saatlarında sonuncu dayanacağa qədər getməməklə bağlı iddialarla razılaşmırlar.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, həmin marşrut xəttində sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
Daşıyıcı şirkətin nümayəndəsi isə bildirdi ki, 171 saylı marşrut xəttindəki avtobuslar yaxın günlərdə kartla ödəniş sisteminə keçəcək. Ondan sonra da bu cür problemlər tamamilə aradan qalxacaq.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












