Yol polisi ilə mübahisə edən sürücü həbs edildi - VİDEO

Sosial şəbəkələrdə polislə sürücü arasında daha bir insidentin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, videoda sürücü polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğunu bildirir. Yol patrul xidmətinin əməkdaşları isə sürücüdən avtomobildən düşməsini tələb edir. Polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salır, daha sonra isə sürücü maşının pəncərəsini qaldırır və polis əməkdaşının əli qapıda sıxışıb qalır. Ardınca polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir.
Görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, görüntü yeni deyil:
"Sürücü 90 DH 093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır.
Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə təmin edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib.
Polis qanuna tabe olmayan şəxsin özbaşnalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip vidyo materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".
Xatırıadaq ki, ötən gün də Bakıda "Axundov bağı"nın yanında sürücü ilə DYP əməkdaşı arasında bənzər insident yaşanmışdı.
Avtobusa tələsən məktəblini maşın vurdu, vəziyyəti ağırdı - VİDEO
Əks yola çıxıb yanacaq daşıyan maşınla toqquşdu - VİDEO
Fastfud restoranlarındakı qiymət və xidmət keyfiyətindən razısınız? – SORĞU - VİDEO
“BMW” ilə sürücünün yolunu kəsərək təhqir etdi – 10-ZO-063 - VİDEO
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO










