Sürücülərə ŞAD XƏBƏR: Bakıda yeni yol salınır - VİDEO

Bakının əsas yollarından birində tıxac problemini aradan qaldırmaq üçün nəzərdə tutulan layihənin icrasının vaxtı dəyişdirilib.
Söhbət Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə uzanan yoldan gedir.
Sürücülər bu yolda uzun müddət tıxacda qaldıqları üçün yolun genişləndirilməsi nəzərdə tutulmuşdur. Hətta parkın olduğu ərazi hasarlanmışdır. İki ay bağlı qalan park bu gün yenidən açılıb. “Lalə” parkında yaşıllaşdırma işləri aparılıb.
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarından öyrəndik ki, yol çəklişinin layihə olaraq icrası payıza qədər təxirə düşüb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
Agentlikdən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, ərazidə tıxacın azaldılması və nəqliyyat axınının sabitlənməsi məqsədilə yeni layihə icra ediləcək: "Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən yeni layihə hazırlanıb və yaxın vaxtlarda ərazidə işlərə başlanılacaq. Layihənin nədən ibarət olması da həmin vaxt ictimaiyyətə açıqlanacaq".
Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətindən də faktı təsdiqlədilər.
Qeyd olundu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən hər iki quruma müraciət olunub.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












