Təmirə görə qazılan yol sürücüləri təhlükə ilə üz-üzə qoyub - VİDEO

Bakıda yolda yaranmış çuxur sürücüləri təhlükə ilə üz-üzə qoyub. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Onun sözlərinə görə, Pirşağı dəmir yol vağzalından üzü Mehdiabad qəsəbəsinə gedən yolda bir müdddət əvvəl qazıntı işləri aparılıb. Lakin təmir işlərindən sonra qazılmış hissə asfaltlanmayıb: “Həmin yoldan istifadə edən sürücülər qazılmış hissəyə çatarkən avtomobilə ziyan dəyməməsi üçün qəfil tormoz verirlər. Bu zaman arxadan gələn sürücülərə qəza vəziyyəti yaranır, hətta bir neçə dəfə yol nəqliyyat hadisəsi də baş verib. Gecə saatlarında həmin çuxur ümumiyyətlə görünmədiyi üçün sürücülər tormoz vermədən hərəkət edirlər. Belə olan halda isə avtomobilə maddi ziyan dəyir”.
Sürücülər bu təhlükənin aradan qaldırılması üçün həmin yolu qazan və yola cavabdeh olan qurumlardan köməklik göstərilməsini xahiş edir. Ümid edirik ki, tez bir zamanda qeyd etdiyimiz məsələ öz həllini tapacaq.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












