Utilizasiya haqqında bunları mütləq bilməlisiniz; hansı maşınlara görə pul ödəniləcək? - VİDEO

Azərbaycanda fevralın 1-dən utilizasiya ilə bağlı müxtəlif proseslərə start veriləcək. Bu proseslər ilə bağlı Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib. O, bildirib ki, ilk növbədə vətəndaşlar avtomobillərini texniki baxışdan keçirərkən utilizasiya haqqını ödəyəcəklər: “Artıq ötən həftə cənab prezident tərəfindən utilizasiya fondunun yaradılması ilə bağlı qərar verildi. Bu fond məhz həmin pulları özündə cəmləşdirəcək. Yəni vətəndaşların texniki baxış zamanı ödəyəcəyi pul həmin fonda toplanacaq və fond vətəndaşlara utilizasiyaya təqdim edilən avtomobillərə görə pul ödəyəcək. Yəni utilizasiya fonduna bir neçə mənbədən pul toplanılır. Həm sürücülər texniki baxış zamanı avtomobilə görə ödəniş edəcək, həm də ölkəyə avtomobil gətirərkən utilizasiya haqqı ödənilmiş olacaq. İstismar müddəti 1 ildən 3 ilə qədər olan avtomobillərə hər hansı bir ödəniş tətbiq olunmur. Buraxılış ili dörd ildən çox olan avtomobillərə görə 400 AZN, 7 ildən çox olan avtomobillərə görə isə 700 AZN utilizasiya rüsumu tələb olunur. Həmçinin Azərbaycanda da artıq Nazirlər Kabinetinin qərarı ilə 10 ildən artıq istismar müddəti olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağandır. Ölkədə istismar edilən avtomobillərə görə isə istehsal ili 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 20 ildən 30 ilədək olanlarda 30 AZN və 30 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı müəyyənləşib”.
Ekspert bildirib ki, bu hələlik ilkin məlumatlardır və rəsmi təsdiq olunmayıb: “İzləyicilərimiz bilsinlər ki, bu barədə konkret qərar yoxdur. Fond yaradıldı və o formalaşdıqdan sonra biləcəyik ki, nə qədər vəsait ödənilməlidir. Fevralın 1-dən bu proses hansı formada həyata keçiriləcək o da bəlli deyil. Amma bu ödənişlər hansısa bir formada olacaq. Ola bilsin bu fevralda baş verməsin, digər müddətdə olsun. Çünki hələ heç bir hesab nömrəsi ortada yoxdur”.
Avtomobillərin hansı hallarda utilizasiyaya veriləcəyi barəsində də danışan Elməddin Muradlı qeyd edib ki, bu sentyabrda başlayacaq bir prosesdir: “İndidən konkret nəsə demək çətindir. Bəzi insanlar hesab edir ki, utilizasiya könüllülük əsasında olacaq. Lakin proses onu göstərir ki, vətəndaşlar könüllü şəkildə öz köhnə avtomobilini təhvil vermək istəmirlər. Ola bilsin ki, bu qərar məcburi həyata keçirilsin. Çünki hal-hazırda Azərbaycanın avtomobil parkı təxminən 1 milyon 600 mini ötüb və burada 400 minə yaxını “İstismar olunur, olunmur?” sualı altındadır. Bu avtomobilləri üzə çıxarmaq lazımdır. Azərbaycanda avtomobil parkının nə qədər gücü olduğunu görməliyik. Həm də nəzərə alınmalıdır ki, köhnə avtomobillər həyatımızdan yığışılmalıdır. Çünki, ətraf mühitin çirklənməsi və yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsində bu avtomobillərin rolu böyükdür”.
Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











