Yaşlı kişi içərisində qadın olan avtomobili yandırıb qaçdı - VİDEO

İstanbulun Arnavutköy rayonunda naməlum yaşlı kişi içərisində qadın olan avtomobili yandırıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Yassı Ören yolunda qeydə alınıb.
Yoldan keçən sürücü, bir şəxsin avtomobili yandıraraq qaçdığı barədə polisə məlumat verib.
Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanan maşın qısa müddət ərzində söndürülüb və baxış zamanı içərisindən yanmış qadın meyiti aşkarlanıb.
Şahid qismində polisə xəbər verən sürücü Necati Güngörmüş, “mən avtomobilimlə keçirdim. Baxdım ki, yolda bir nəfər yaşlı adam qaçır, maşın isə yanır. Bu barədə dərhal polisə məlumat verdim. Yanğın söndürüldükdən sonra, avtomobilin içərisində yanmış vəziyyətdə bir nəfərin olduğunu gördüm” – deyə bildirib.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












