Yol kənarındakı işarəni "səhv qoyulub" deyib sökdülər - DYP araşdırmaya başladı - VİDEO

Azərbaycanda dağlıq rayonların birində yol nişanının sökülərək atılmasını əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə gənc oğlanın dönmə işarəsini sökdüyü görünür. Belə ki, işarənin sürücüləri çaşdırdığını bildirən şəxs onu yerindən çıxararaq kənara atıb.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev “Qafqazinfo”ya bildirib ki, hadisə barədə araşdırma aparılır. “Həmin işarə qanunvericilikdə nəzərdə tutulmuş 1.11.1 nömrəli xəbərdarlıq nişanıdır. “Yol Hərəkəti Haqqında” qanunun 62-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, xəbərdarlıq nişanları hərəkətin icazə verilən sürətindən, görünmə şəraitindən və yerləşmə imkanlarından asılı olaraq yaşayış məntəqələrindən kənarda təhlükəli sahələrin başlanma yerindən 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır. Kadrlarda görünən və hüquqazidd hərəkətlərə yol verən şəxslər bildirir ki, orada hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı problem var. Lakin bu fikirlər qətiyyən yolverilməzdir, tamamilə yanlışdır. Orada hərəkətin təşkilində və nişanın quraşdırılmasında heç bir hüquqazidd hal yoxdur, sırf qanunvericiliyin tələbinə uyğun olaraq orada hərəkətin təşkili üçün nizamlanma vasitələri tətbiq olunub”.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












