Yollara tramplin qoyanlar sürücülərə ziyan vurur – Cəzası varmı? - VİDEO

Yollarda süni maneələrin aşkarlanaraq sökülməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilsə də, bu məsələ hələ də tam həllini tapmır. Vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq quraşdırılan tramplinlər xüsusən də sürücüləri əməlli-başlı çətinliyə salır. Belə süni maneələr əsasən də məhəllələrdə quraşdılır. Bəzən hündür və ya bir neçə mərhələli trampilin quraşdırılan yollardan keçmək isə sürücülər üçün problem yaradır.
Avtosfer.az xəbər verir ki, analoji halla rastlaşan sürücülərdən biri də bu barədə sosial şəbəkələrdə görüntü yayımlayıb. Belə ki, Xəzər rayonu, Şahin qəsəbəsində yolun hərəkət hissəsinə həm hündür, həm də 3 mərhələli tramplin quraşdırılıb. Görüntülərdə aydın əks olunub ki, süni maneələr yolu tam şəkildə zəbt edib. Vətəndaş bildirib ki, buradan asta sürətlə keçərkən belə avtomobilə ziyan dəyir. Həmçinin yolu tam zəbt etdiyi üçün nə əlil arabasıyla, nə də velosipedlə keçməyə yer də yoxdur.
Qeyd edək ki, bəzi sürücülərin yollarda yüksək sürətlə sürdüyünü nəzərə alan vətəndaşlar belə addım atırlar. Amma bizim qanunvericilikdə belə qurğuların yollara quraşdırılması nəzərdə tutulmadığı üçün bunu edən vətəndaşlar yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələnə bilər.
Ümid edirik ki, yaxın zamanda məsələ ilə bağlı müvafiq qurumlar tədbir görəcək. Vətəndaşların rahat hərəkəti təmin olunar.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












