“Zerkalnı Əliyar” yenə qayda pozdu - Bu dəfə piyadanı vuracaqdı - VİDEO

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşov yenidən eyni əməli törədib.
Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən vətəndaş “Zerkalni Əliyar” adı ilə tanınan sürücünün Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozmasının görüntüsünü təqdim edib.
Görüntüdən məlum olur ki, Ə.Dadaşov idarə etdiyi “Toyota Prado” markalı, 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobillə piyada keçidində yolu keçməyə çalışan şəxsin həyatını riskə ataraq maşının sürətini azaltmadan hərəkətinə davam edir. Avtomobil daha sonra svetaforun xəbərdarlıqedici işığına məhəl qoymadan irəliləyir.
Qeyd edək ki, ötən ay Əliyar Dadaşovun qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib. Həmin vaxt Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib.
Həmçinin məlum olub ki, mövcud qanunvericilikdə yol-hərəkəti qaydalarını təkrar pozmağa görə daha ağır cəza tədbirləri nəzərdə tutulmadığından Ə.Dadaşov barəsində daha sərt tədbirlər görmək mümkün olmur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












