Benzin, dizel, elektrik: hansı daha etibarlıdır?

Hansısa ölkədə avtomobilin qiyməti artırsa, əhali əlində olan nəqliyyat vasitəsini daha uzun müddət istismar edir, onu yeniləməyə tələsmir. Buna görə də, insanlar aldıqları avtomobilin etibarlılıq məsələsini də düşünürlər.
Avtosfer.az xəbər verir ki, Britaniyanın “Nature” jurnalı 2005-2017-ci illərdə istehsal edilmiş 30 milyon minik avtomobilinin texniki müayinə sənədlərini araşdırıb. Həmin dövrdə elektromobillər hələ yeni-yeni bazara ayaq açırdı.
Tədqiqatın nəticəsinə görə, bir avtomobilin Avropada orta ömrü 17,8 il, orta yürüş məsafəsi isə 221 345 kilometrdir. Mühərrik tipinə görə təsnifatda isə daha böyük fərqlər üzə çıxır. Məsələn, elektromobilin ömrü 18,4 il, yürüş məsafəsi 199 849 kilometrdir. Benzin mühərrikli avtomobilin ömrü də təxminən eyni (18,7 il) olsa da, yürüş məsafəsi azdır – 186 724 km.
Dizelə gəlincə, bu mühərriklə təchiz olunan modellərin ömrü daha az – 16,8 il olsa da, kilometraj böyükdür – 257 077 km. Lakin bu rəqəm heç də Dizel mühərrikli avtomobilin etibarsız olması anlamına gəlmir. Sadəcə olaraq, ağır yanacaqla işləyən avtomobillər daha çox istismar olunduğu üçün qəza və zədələnmə riski də böyükdür.
Siyahıda ən uzunömürlü modellər də əksini tapıb. Lakin, Azərbaycanda istismar şəraiti Avropadan fərqli olduğu üçün təfərrüata varmırıq.
Vüqar
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR












