Banner

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb

Avtoxəbər 21 Sentyabr 2026 23:01
Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb
WhatsApp kanalımıza abunə olun

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində 109,1 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

Avtosfer.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 8,5 %, kəmiyyət olaraq 60 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrə 4,6 milyon ABŞ dolları dəyərində 357 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 35 % və 8 % azdır.

Hesabat dövründə Gürcüstan Ermənistana 1,4 milyon ABŞ dolları dəyərində 129 ton, Türkiyəyə 517 min ABŞ dolları dəyərində 30 ton, Honkonqa 354 min ABŞ dolları dəyərində 15,3 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb. (report)

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh